• Bakı 26° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

İranda ağır qəza - 11 ölü, 49 yaralı

HADİSƏ

11 Oktyabr 2021 | 18:24 | Müəllif: Subhan Mahmudov

İranda ağır qəza - 11 ölü, 49 yaralı

İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər ölüb, 49 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı İRNA agentliyi yayıb.

Bildirilib ki, hadisə Xaş və Sarvan yaşayış məntəqələri arasındakı avtomobil yolunda baş verib. İki avtomobil aşıb.

Məlumata görə, xəsarət alanlar və ölənlərin hamısı qanunsuz miqrantlardır. Onlar İranın mərkəzi əyalətinə getmək istəyirmişlər. Qeyd edək ki, bu əyalət Əfqanıstan və Pakistanla sərhəddə yerləşir.

Əfqanıstandan olan qaçqınları əsasən bu əyalətdən İrana keçirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026