• Bakı 18° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

İranda prezident seçkisinin nəticəsi təsdiqləndi

DÜNYA

07 Iyul 2024 | 19:36

İranda prezident seçkisinin nəticəsi təsdiqləndi

İran İslam Respublikası Konstitusiyasının Keşikçilər Şurası prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Bakıvaxtı.az İRNA-a istinadən xəbər verir ki, şura nümayəndəsi Hadi Tahan Nazif bildirib ki, prezident seçkilərinin ikinci turunda bülletenlərin yoxlanılması başa çatıb.

"Nəticələr təsdiqləndi", - deyə o bildirib.

İkinci turda iştirak edənlərdən heç biri şikayət etməyib.

Seçkilərin nəticələri təsdiq olunmaq üçün İran İslam Respublikasının rəhbəri Ayətullah Əli Xameneiyə təqdim olunacaq.

Xatırladaq ki, iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycan türkü, islahatçı Məsud Pezeşkian rəqibi Səid Cəliliyə qalib gələrək, prezident seçilib.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024