• Bakı C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

Məhbus mübadiləsində azadlığa çıxan tatar jurnalist - 1 stəkan təmiz suyun həsrətində idim

DÜNYA

06 Avqust 2024 | 16:45

Məhbus mübadiləsində azadlığa çıxan tatar jurnalist - 1 stəkan təmiz suyun həsrətində idim

Rusiya və Qərb arasındakı məhbus mübadiləsində azadlığa çıxan tatar jurnalist, "Azadlıq radiosu"nun tatar-başqırd xidmətinin əməkdaşı Alsu Kurmaşeva ABŞ-ın Texas ştatında avokado yeyib.

Bakıvaxtı.az xəbər verir ki, jurnalist "Azadlıq radiosu"na müsahibə verib.

“Həbsdə tamarzı qaldığım şey avokado deyildi. Əlbəttə, dadlıdır, çünki indi Texasdayıq. Amma ilk dəfə bir stəkan təmiz suyu nə vaxt içəcəyimi gözləyirdim.

Bir stəkan suyun, oteldə uzun-uzadı duş qəbul etməyin, normal yataqda ilk dəfə yuxuya getməyin həsrətində idim. Bu səhər ilk dəfə nəzarətsiz gəzintiyə çıxdım, mənə heç yerdə kimsə bir söz demədi”, - o deyib.


SON XƏBƏRLƏR

14 Yanvar 2025