• Bakı 14° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

İranda qadınlarla bağlı qaydalar sərtləşdirilir

DÜNYA

12 Dekabr 2024 | 18:14 | Müəllif: Subhan Mahmudov

İranda qadınlarla bağlı qaydalar sərtləşdirilir

İranda bu həftə yeni əxlaq normalarının qüvvəyə minməsi gözlənilir.

Bakıvaxtı.az  “The Guardian”a istinadən xəbər verir ki, sözügedən normaların pozulmasına görə qadınları külli miqdarda cərimə, 5 ildən 15 ilə qədər həbs cəzası və edam gözləyə bilər.

Bildirilib ki, dekabrın əvvəlində qəbul edilən qanunda çılpaqlığın təbliği, uyğunsuz geyim və ədəb qaydalarına riayət etməmək əxlaq normalarının pozulması hesab edilir. Burada çılpaqlıq dedikdə isə çiyin, topuq və dekolte hissəsinin nümayiş etdirilməsi nəzərdə tutulur. 

Yeni qanun, həmçinin bütün İran vətəndaşlarının üzərinə çılpaqlığı təbliğ edən qadınlar barədə aidiyyəti qurumlara məlumat vermək öhdəliyi qoyur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026