İranın Ali Milli Təhlükəsizlik Şurası (SNSC) prezident Məsud Pezeşkianın sədrliyi ilə Milli Müdafiə Şurasının yaradılmasını təsdiqləyib.
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, müdafiə şurası ölkənin müdafiə planlarının mərkəzləşdirilmiş şəkildə nəzərdən keçirilməsinə və İran silahlı qüvvələrinin potensialının artırılmasına cavabdeh olacaq.
Şuraya İranın üç hökumət qolunun, yəni icra, məhkəmə və qanunvericilik orqanlarının rəhbərləri, silahlı qüvvələrin komandirləri və ayrı-ayrı nazirlər daxil olacaq.
Gülşən Şərif