• Bakı 15° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

İrəvan aksiyaları: Paşinyan istefa vermək fikrində deyil

GÜNDƏM

25 Sentyabr 2023 | 11:45

İrəvan aksiyaları: Paşinyan istefa vermək fikrində deyil

Ermənistanın paytaxtı İrəvanın mərkəzində etiraz aksiyası davam edir.

Bakıvaxtı.az xəbər verir ki, paytaxtın bəzi küçələrini bağlayan aksiya iştirakçıları Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror əməliyyatı ilə bağlı Ermənistan hakimiyyətinə etirazlarını bildirir, Baş nazir Nikol Paşinyan hakimiyyətinin istefa verməsini tələb edirlər.

İrəvan mitinqlırinin sonu necə olacaq? Aksiyalar Paşinyanı sülh müqaviləsindən yayındıra bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan deputat Arzu Nağıyevin sözlərinə görə, məlum məsələdir ki, lokal antiterror əməliyyatlardan sonra İravanda mitinqlər başlayıb: “Əsas məsələ də Paşinyanın istefası ilə bağlıdır. Bu mitinqdə ən çox canfəşanlıq edən təşkilatçı Köçəryanın dəstəsi, Sarkisyanın adamları, daha doğrusu, “Qarabağ klanı”dır. “Qarabağ klanı” bu məsələni qabartmaqla bütün proseslərdə məğlubiyyəti Paşinyanın üstünə qoymaq istəyir. Çalışırlar ki, “Qarabağ Azərbaycandır” deyən Paşinyan istefaya getsin. Əsas məqam ondan ibarətdir ki, Paşinyan da öz növbəsində bu mitinqləri keçirənlərə qarşı hüquq-mühafizə orqanlarına xüsusi tapşırıq verib”.

Müsahibimiz qeyd edib ki, bununla paralel olaraq, Nikol Paşinyan məhz Qarabağ ərazisindən Ermənistana köçmək istəyən erməniləri qəbul etməyə hazırdır: “Yəni, birmənalı şəkildə həssas məsələlərə toxunurlar. Aksiya iştirakçıları “Əgər Qarabağ Azərbaycan ərazisindədirsə, bu müharibə nəyə lazım idi” deyərək, Paşinyanı istefaya göndərməyə çalışırlar”.

Arzu Nağıyev:  “Qarabağ klanı” bütün proseslərdə məğlubiyyəti Paşinyanın üstünə qoymaq istəyir

A.Nağıyevə görə, digər məsələ odur ki, bunu Rusiyanın tələbi ilə edirmiş kimi göstərirlər: “Çünki Paşinyan Qarabağ müharibəsindən sonrakı məğlubiyyətə baxmayaraq, yenə də baş nazir postunu tutdu. Məlumdur ki, burda siyasi oyunlar gedir. Bu məsələni kiminsə ayağına yazmaqla daxili auditoriyanı sakitləşdirməyə çalışırlar”.

Deputat bildirib ki, Ermənistan ərazisinə köç olandan sonra əməliyyat şəraiti pozulacaq, nəzarət etmək çətinləşəcək. Dediyinə görə, lakin belə görünür ki, Paşinyan da hakimiyyətdə qalmaqda israrlıdır, bu istiqamətdə çox ciddi addımlar atır: “Proseslər onu göstərir ki, bu gün Paşinyan istefaya getmək fikrində deyil”.

Aytac Aslan


SON XƏBƏRLƏR

11 May 2025
10 May 2025