• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İşğaldan azad edilmiş ərazidə yaşayış binaları tikiləcək - TENDER 

CƏMİYYƏT

28 Noyabr 2022 | 11:45

İşğaldan azad edilmiş ərazidə yaşayış binaları tikiləcək - TENDER

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) işğaldan azad edilmiş Füzuli şəhərində tender elan edib. 

Bakıvaxtı.az xəbər verir ki, Füzuli şəhərində 8,90 ha torpaq sahəsində 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37 və 38 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 1200 manatdır.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 16.12.2022 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 26.12.2022 17:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31. ünvanına təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 27.12.2022 15:00 tarixində Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31. ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.  

İbRa 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR