• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İsmayıllı-Lahıc yolu bağlandı - YENİLƏNİB

CƏMİYYƏT

12 Iyun 2024 | 10:52

İsmayıllı-Lahıc yolu bağlandı - YENİLƏNİB

Ötən gün axşam saatlarından başlayan leysan xarakterli yağış və güclü külək İsmayıllının Lahıc qəsəbəsinə və ətraf kəndlərə gedən yolun bağlanmasına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, Lahıc və digər kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

    Güclü külək və yağış səbəbindən torpaq qatı, iri qaya parçaları İsmayıllı-Lahıc avtomobil yolunun dağlardan keçən hissəsinə tökülüb. Hazırda yol hər iki istiqamətdə bağlı olduğundan avtomobillər yolda qalıb.

    Əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib. Yolun hərəkət hissəsində olan qaya parçaları, lil qatının təmizlənməsi işləri həyata keçirilir.

    Hazırda yağış davam edir, çaylarda suyun artması müşahidə olunur.

    ***

    10.17

    Dünən gecə saatlarında başlayan güclü leysan yağışları İsmayıllıda bəzi fəsadlara səbəb olub.

    Bakıvaxtı.az xəbər verir ki, güclü leysan yağışları nəticəsində rayonda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Hazırda 20 kəndə elektrik enerjisi fasilələrlə verilir.

    Bir sıra kəndlərdə isə enerji verilişi dayanıb.

    Bundan başqa, Lahıc kənd yolunda gediş-gəlişdə problemlər yaranıb. Hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026