• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İsmayıllıda qanvermə aksiyası keçirilib - FOTOLAR

CƏMİYYƏT

23 May 2023 | 20:40

İsmayıllıda qanvermə aksiyası keçirilib - FOTOLAR

Bu gün İsmayıllı Rayon İcra Hakimiyyəti, Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində könüllü qanvermə aksiyası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Respublikada artıq ənənə halını alan bu nəcib aksiyaya RİH-nin məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri və əməkdaşları, rayon sakinləri qoşulub.

Milli Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Qanvermə aksiyası hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatına yardım məqsədi daşıyır.

Sonda Milli Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşı RİH başçısı Nahid Bağırovun qəbulunda olub və Mərkəzin Təşəkkürnaməsini rayon rəhbərinə təqdim edib.


İsmayıllıda qanvermə aksiyası keçirilib - FOTOLARİsmayıllıda qanvermə aksiyası keçirilib - FOTOLARİsmayıllıda qanvermə aksiyası keçirilib - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026