• Bakı 16° C

    8.01 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

İsrail-İran gərginliyi Rusiyanı buna məcbur buraxdı - AÇIQLAMA

SİYASƏT

25 Aprel 2024 | 15:18

İsrail-İran gərginliyi Rusiyanı buna məcbur buraxdı - AÇIQLAMA

ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına münasibət bildirib.

O bu hadisədən şoka düşdüyünü deyib:

"Ermənilər sülhməramlıların burada daimi qalmasını istəyirdi, çünki düşünürdülər ki, Rusiya onları həmişə qoruyacaq. Ancaq üçtərəfli sazişə əsasən onların fəaliyyəti limitli idi və artıq regionu tərk edirlər. Paşinyanın KTMT-dəki fəaliyyətini dondurmaq qərarından və Ermənistan Aİ-yə üzv olmaq niyyətindən sonra vəziyyət dəyişdi".

Qeyd edək ki, aprelin 17-dən etibarən rus sülhməramlılar ölkəmizin ərazisini tərk etməyə başlayıb. Bir neçə mərhələdə hərbi kontingent artıq torpaqlarımızı tərk edib. Şuşaya gedən yoldan Rusiya bayraqları da götürülüb.

Türkiyəli politoloq, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Rusiya öz sülhməramlılarının Cənubi Qafqazda daha uzun müddət qalması üçün Azərbaycan-Ermənistan arasında gərginliyin, qarşıdurmanın davam etməsində maraqlı idi.

Onun sözlərinə görə, zaman-zaman Ermənistan-Azərbaycan arasında yaşanan insidentlər Rusiyanın bölgədə hərbi mövcudluğunu qoruması üçün lazımlı idi:

"Bütün kənar təsirlərə və təhriklərə rəğmən, son dönəmdə baş vermiş ciddi hadisələr tərəflər arasında qarşıdurmanın və gərginliyin azalmasına səbəb oldu. Ermənistan hökumətinin Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqda maraqlı olduğunu açıq bəyan etməsi və bu istiqamətdə müəyyən cəhdləri, eyni zamanda İsrail-İran gərginliyi Rusiyanı Cənubi Qafqaz bölgəsində çəkilməyə məcbur buraxdı”.

H.Oktay qeyd edib ki, artıq beynəlxalq hüquqa görə, 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli bəyanat qüvvədən düşmüş sayılır. Bunun əvəzində Bakı və Moskva arasında daha çox ikitərəfli müzakirələr və razılaşmalar gündəmdədir.

Müsahibimiz bildirib ki, baş verənlər Azərbaycan-Ermənistan arasında sülh prosesinin irəliləməsinə də müsbət təsir göstərir:

“Belə məqamda Türkiyənin də Ermənistanla münasibətləri tədricən normallaşdırması reallığa çevrilir".

Aydın Baxış


SON XƏBƏRLƏR

04 May 2024