• Bakı 26° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

İsrail Təhlükəsizlik Şurası: "Qəzzada müharibə illərlə çəkə bilər"

DÜNYA

23 May 2024 | 15:14

İsrail Təhlükəsizlik Şurası: Qəzzada müharibə illərlə çəkə bilər

"Qəzzada müharibənin məqsədlərinə nail olunmayıb".

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən bildirir ki, bunu parlamentdə çıxışı zamanı İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbi deyib.Haneqbi çıxışında İsrailin baş naziri Benyamin Netanyahunun üç hədəfini açıqlayıb. 

Onun sözlərinə görə, İsrail ordusu Qəzza zolağında müharibənin heç bir strateji hədəfinə nail ola bilməyib: 

"İsrail Qəzzada saxlanılan israilli məhbusları geri qaytara bilməyib və HƏMAS-ın devrilməsinə nail ola bilməyib. Həmçinin İsrail Qəzza zolağının bir daha heç vaxt təhlükə olmayacağına əmin olmaq istəyir. Bu məqsədlərə çatmaq üçün İsrail ordusuna illər lazım ola bilər". 

Gülşən Şərif


SON XƏBƏRLƏR

15 Iyun 2024