• Bakı 12° C

    11.23 m/s

  • USD - 1.7

    EUR - 1.7995

    RUB - 1.7011

İsrailin hədəfi yenidən XƏSTƏXANA oldu

DÜNYA

19 Noyabr 2024 | 16:55

İsrailin hədəfi yenidən XƏSTƏXANA oldu

İsrail ordusu Qəzza zolağının şimalında Beyt Lahiyadakı Kemal Advan xəstəxanasını növbəti dəfə hədəfə alıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Kemal Advan Xəstəxanasının direktoru Husam Abu Safiyyə hücumdan dərhal sonra mətbuata açıqlamasında İsrail ordusunun hədəf aldığı xəstəxanada xəstələrin, yaralıların və tibb işçilərinin yaşadığı çətinlikləri dilə gətirib:

"Tibbi ləvazimatların olmaması və İsrailin xəstəxana işçilərindən 45 nəfəri saxlaması səbəbindən hər gün çoxlu xəstə itiririk".

Qəzzada səhiyyə sisteminin çox ağır şərtlər altında xidmət göstərməyə çalışdığını bildirən Əbu Safiyyə tibbi ləvazimat çatışmazlığı ilə yanaşı İsrailin cərrah qrupunun xəstəxanaya girməsinə icazə vermədiyini vurğulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR