• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İsveç ruslara viza verməkdə davam edəcək

DÜNYA

22 Avqust 2022 | 00:33 | Müəllif: Subhan Mahmudov

İsveç ruslara viza verməkdə davam edəcək

İsveç hökuməti Rusiya vətəndaşlarına vizaların verilməsini tam dayandırmaq istəmir. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin miqrasiya naziri Anders İgeman deyib.

"Düşünürəm ki, ruslara vizaların verilməsini tam dayandırmaq çətin və uğursuz olardı. Ciddi məhdudiyyətlər tətbiq etmək mümkündür. Məsələn, sadələşdirilmiş viza prosedurunu ləğv etmək olar. Biz, Estoniya, Finlandiya və başqa AB-də ölkələri də buna çalışır", - nazir bildirib.

Nazirin sözlərinə görə, ruslara vizaların verilməsinin tamamilə dayandırılması səhvlərə səbəb ola bilər:

"Biz sanksiyaların ilk növbədə Rusiyanın siyasi və iqtisadi elitasını hədəf almasını istəyirik. Əgər vizanı tam dayandırsanız, bu, dissidentlərin və ya tədqiqatçıların AB-yə gələ bilməməsi deməkdir. Gələcəkdə hələ də Rusiya ilə mübadilə lazım ola bilər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026