• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İsveçli hücumçu UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib

İDMAN

07 Noyabr 2024 | 20:25 | Müəllif: Subhan Mahmudov

İsveçli hücumçu UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib

Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Viktor Qyökereş azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

Bakıvaxtı.az  UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, səsvermədə Luis Dias ("Liverpul") ikinci, Nikolas-Herrit Kyun ("Seltik") üçüncü yeri tutub.

Viktor Qyökereş Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Mançester Siti"yə (İngiltərə) 4:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib.

Qeyd edək ki, 26 yaşlı isveçli hücumçu cari mövsüm qitənin ən nüfuzlu klub turnirində meydana çıxdığı 4 görüşdə 5 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026