İyunun 7-də Araz çayında batan yeniyetmənin meyiti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 7-də Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılıb.
T.Mirişlinin meyiti aidiyyəti üzrə təhvil verilib.
Bakı 



