• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

“Karvan”nın şikayəti təmin edilmədi

İDMAN

11 Dekabr 2024 | 17:30

“Karvan”nın şikayəti təmin edilmədi

I Liqanın VIII turunda baş tutan “Karvan” - “Qəbələ” matçında yaşananlara görə cəzalanan “Karvan” klubunun apellyasiya şikayəti təmin olunmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Apellyasiya Arbitraj Tribunalı qərar qəbul edib.

Noyabrın 27-də keçirilən matç bitdikdən sonra “Karvan”ın futbolçusu Bəhruz Teymurovun hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanması, həmçinin klubun 300 manat cərimələnməsi barədə AFFA-nın İntizam Komitəsinin 3 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

Həmçinin Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyünün maraqlı tərəflərə izah edilməsi və qərarın tam mətninin 30 gün ərzində hazırlanaraq tərəflərə göndərilməsi bildirilib.


SON XƏBƏRLƏR