Xəbər verdiyimiz kimi, Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə təhdid olunurdu.
Bakıvaxtı.az xatırladır ki, sığınacağa yeləşdirilən uşaqlardan birinin ailə üzvü olduğunu iddia edən şəxs uşağın onlara verilməsini tələb edirdi. O, uşağın verilməyəcəyi halda ananın canlı yayım açacağını, hamının gözü qarşısında intihar edəcəyini bildirirdi. İntihar edərkən Kəmalə Ağazadənin bu intiharda günahkar olduğu bildiriləcəkdi.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Kəmalə Ağazadəylə əlaqə saxlayaraq məsələnin araşdırılmağa başladığını qeyd edib.
Bakıvaxtı.az hadisənin gedişatı ilə bağlı Kəmalə Ağazadəyə müraciət edib.
K.Ağazada bildirib ki, həmin uşaq Dövlət Sosial Xidmətlər Agentliyi tərəfindən dövlət müəssisəsinə köçürülüb.
İndi də bir nənənin ortaya çıxdığını deyən Ağazadənin sözlərinə görə, həmin şəxs uşaqla bağlı müraciət etdikdə Sosial Xidmətlər Agentliyinə yönləndirilib.
“Qadın və onun birgə yaşadığı şəxslə bağlı Binəqədi Polis İdarəsinə təhdidlərlə məlumat verdik. Daxili İşlər Nazirliyinə müraciətimiz daxil olub. Öz növbəsində onları da çağırıb, izahat alıb, profilaktik tədbirlər aparırlar”, -deyə Kəmalə Ağazadə vurğulayıb.
Mina Mikayılova