• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Kentavr" Azərbaycana da gəldi? - Həkimdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

20 Iyul 2022 | 16:34 | Müəllif: Qalib İbrahimoğlu

"Kentavr" Azərbaycana da gəldi? - Həkimdən XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, Rusiyada omikron ştamının yeni BA.2.75 - "Kentavr" variantı aşkarlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Rospotrebnadzorun növbəti mətbuat konfransında bildirilib ki, "VGARus" viruslar bazasına 5 genom yüklənib. Onlar Kentarvr alt variantına daxildir. Qeyd olunub ki, yoluxanlarda xəstəlik yüngül keçir. Rusiyada yoluxanların artmasına səbəb BA4 və BA5 variantlarının yayılması ilə bağlıdır.

Qonşu öılkədə aşkarlanan yeni variantın Azərbaycana gəlmə ehtimalı nə qədərdir? İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, hazırda dünyada dominant olan omikron ştamının alt variantları var: “BA4 və BA5 alt variantları omikronun spayk proteinində baş verən dəyişikliklə bağlıdır, üç genin dəyişikliyi bu variantları yaradıb. Spayk proteinləri daha çox immun sistemindən qaçmaq üçün rol oynayır. Amma nisbətən, daha yüngül keçməsi bildirilir".

Onun sözlərinə görə, ümumiyyətlə, omikron variantı yeni mutasiyaya uğradıqca xəstəliyin daha yüngül keçdiyi və insan orqanizminə öyrəşdiyi bildirilir. İnfeksionist qeyd edib ki. yalnız immun sistemində bir qədər tanımamaq kimi problem ola bilər: "Yoluxub sağalanlarda təkcə spayk proteininə qarşı yox, digər variantlara qarşı da immunitet yaranır. Ona görə də, burda da çox problem yaranmayacaq”.

M.Əliyev bildirib ki, yeni peyvəndlərdə bu nəzərə alınmalıdır: "Təbii ki, dünyada bu alt variantlar dominantdırsa, Azərbaycanda da olacaq: Bizdə də genetik analiz olunubsa, bu məlum olunub. Olunmayıbsa da yaxın müddətdə olunub məlumat verilməlidir".

İndi Azərbaycanda da artma müşahidə edildiyini xatırladan müsahibimizə görə, bu artma böyük ehtimaı BA4 və BA5 variantları hesabına baş verir: "Yəni, artıq bu, Azərbaycana gəlib və yoluxma bunun hesabınadır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026