• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsinin yarımfinalında - FOTO

CƏMİYYƏT

19 Avqust 2022 | 15:58 | Müəllif: Qalib İbrahimoğlu

Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsinin yarımfinalında - FOTO

Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularımız yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Xəbərə görə, “Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparan Azərbaycan tankçılarının üçüncü heyəti də müsabiqənin şərtlərinə əsasən hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyən edilmiş məsafəni uğurla qət ediblər.

Ümumi nəticədə Monqolustan komandasını geridə qoyan hərbi qulluqçularımız müsabiqənin yarımfinalına yüksəliblər.


Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsinin yarımfinalında - FOTOHərbçilərimiz “Tank biatlonu” müsabiqəsinin yarımfinalında - FOTOHərbçilərimiz “Tank biatlonu” müsabiqəsinin yarımfinalında - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR