• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Keyfiyyətsiz gün eynəyi gün işığına həsrət qoya bilər

CƏMİYYƏT

08 May 2023 | 15:50 | Müəllif: Qalib İbrahimoğlu

Keyfiyyətsiz gün eynəyi gün işığına həsrət qoya bilər

Yaz-yay fəsillərinin əvəzolunmaz aksessuarlarından biri gün eynəkləridir. Ancaq bəzən aldığımız eynəklər gözümüzə xeyirdən daha çox ziyan vurur.

Bəs gün eynəyi alarkən nələrə diqqət etməliyik?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a oftolmoloq Aynurə Əliyeva qeyd edib ki, günəşli havada istifadə olunan eynəklər günəşin ultura bənövşəyi şüalarından qorunmaq məqsədi daşıyır. Onun sözlərinə görə, eynəklər üzün cizgilərinə uyğun seçilməlidir, nə çox böyük, nə də çox kiçik olmaldır.

“Eynəyin çərçivəsi gözün qapaqlarını həm də göz almasını, qaş da daxil olmaqla haşiyəyə almalıdır. Formasının kvadrat, yumru və s. olmağının önəmi yoxdur. Saydığım hissələr günəşin şüasından qorunmaq üçün çərçivənin daxilində qalmalıdır".

A.Əliyeva onu da qeyd edib ki, pasportu olan eynəyi almaq daha məsləhətli hesab olunur. Dediyinə görə, bundan savayı əsas vacib fakt həmin eynəkdə olan şüşənin qoruyuculuq gostericisi: “Buna UV faktırı deyirik. Yəni, Ultraviyole faktırı. Bu göstərici şüşələrdə müxtəlif olur. Ən çox tam qoruyanı 365 və daha yüksək 400 və s. rəqəmli olan eynəkləri tövsiyyə edirik. Belə olan halda tam ultura bənövşəyi şüanı bloklayır. Əsas odur ki, optikadan alınsın”.

“Gün eynəyini bazarlardan, yaxud keçidlərdən almayın. Çünki onların üzərində göstəriciləri, qoruyuculuq sertifikatı olmur. Pasportu olan eynəklərdən almaq daha məqsədəuyğundur", - deyə Aynur Əliyeva vurğulayıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də istehlakçılara eynək alarkən mütəхəssislərlə məsləhətləşməyi tövsiyə edir. Qeyd olunur ki, keyfiyyətsiz eynək göz хəstəliklərinə səbəb ola bilər: “Bu eynəklər gözün bülluruna pis təsir edir, gələcəkdə kataraktanın yaranmasına səbəb olur, insan beynində yorğunluq yaradır, hətta şiş хəstəliyinin yaranmasına da yol açır. Eynək gözə düşməyəndə isə ilkin əlamətlər gözün qızarması, sulanması, quruması kimi mənfi əlamətlərlə özünü büruzə verir. Nəticədə gözə ağırlıq düşür. Eynəyin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıçıqlanmasına, iltihaba səbəb olur. Sonrakı prosesdə göz bülluru bulanır və görmə zəifləyir”.

Dövlət Xidməti bildirir ki, yaşa dolduqca keyfiyyətsiz gün eynəklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır. Ona görə də eynəklərin ixtisaslaşmış mağazalardan alınması daha məsləhətlidir.

“Ümumiyyətlə, eynək alarkən mütləq onun etiketinə diqqət yetirin. Nəzərə alın ki, gün eynəyinin etiketində ultrabənövşəyi şüaların hansı qisminin buraхılmaması göstərilir. Eynəyin təlimatında linzanın günəş şüalarını hansı dərəcədə - zəif, orta və ya güclü - udduğu da qeyd olunur. Həmçinin eynəyin sertifikatına nəzər salmaq kifayətdir ki, onun saхta olub-olmadığını müəyyən etmək olsun. Eynəklər gigiyenik sertifikatı olduğu halda satılmalıdır”.

Eynək alarkən ilk növbədə onun rənginə və çəkisinə fikir verilməlidir. Eynəklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. O, həmçinin qoruyucu xüsusiyyətinə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan və onlara istirahət verməlidir. Eynəyin şüşəsi cızıldığı zaman, o, öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultra-bənövşəyi şüalar gözə təsir edir. Buna görə eynək alarkən buna diqqət edin və cızılmış eynəkdən istifadə etməyin.

Eynəyin keyfiyyətli olub-olmamasını müəyyən etmək xeyli çətindir. Amma qeyd olunanlarla yanaşı, bəzi xüsusiyyətlərinə görə bunu təyin etmək olar. Məsələn, qəhvəyi rəngli eynək taxmısınızsa və əgər eynək keyfiyyətlidirsə, onda siz ətrafda olan əşyaları öz rənglərində görəcəksiniz. Amma əgər eynək keyfiyyətsizdirsə, onda siz ətrafda olan əşyaları qəhvəyi rəngdə görəcəksiniz. Sağlamlığınızın qayğısına qalmaq istəyirsinizsə eynək alarkən qeyd olunan məsələlərə diqqət edin.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026