• Bakı 5° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Kiyevdən çıxarılan azərbaycanlı tələbələr Moldovaya yola salınıb

CƏMİYYƏT

01 Mart 2022 | 00:48 | Müəllif: Qalib İbrahimoğlu

Kiyevdən çıxarılan azərbaycanlı tələbələr Moldovaya yola salınıb

Ukraynanın paytaxtı Kiyevdə çətin vəziyyətdə qalmış azərbaycanlı tələbələr Vinnitsa şəhərinə aparılıb və orada olan bir qrup həmyerlimizlə birgə Moldovaya yola salınıb.

Bu barədə Bakıvaxtı.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. Verilən məlumata görə, komendant saatı olduğuna görə Ukraynadakı Azərbaycan diasporu təxliyə prosesinin polis maşınlarının müşayiəti ilə təhlükəsiz yollarla həyata keçirilməsini təmin edib.

Soydaşlarımızın yaxın günlərdə vətənə gələcəyi gözlənilir.

Xatırladaq ki, bir neçə gün Kiyevdəki yaşayış binalarından birinin yeraltı avtodayanacağında sığınacaq tapan 9 azərbaycanlı tələbə təxliyə olunmaları xahişi ilə Azərbaycan dövlətinə müraciət edib. Tələbələrlə daim əlaqədə olan Diasporla İş üzrə Dövlət Komitəsi gənclərin yaxınlarından narahat olmamağı xahiş edir.

Ukraynada yaşayan soydaşlarımızın ölkəyə gətirilməsi fəaliyyəti müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR