Ölkənin düşünülmüş və prinsipial xarici siyasəti sayəsində Gürcüstan bu gün regionda sabitlik və tərəqqi baxımından lider dövlətdir.
Bakıvaxtı.az "İnterpress.ge"yə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Baş nazir bildirib ki, Gürcüstan hökumətinin əsas prioriteti deokkupasiya, ərazi bütövlüyünün dinc yolla bərpası, sülh və inkişafdır.
"Son 5 il, xüsusilə də son 3 il ölkəmiz üçün çoxsaylı çağırışlarla dolu oldu və bu dövrdə gürcü diplomatlarının rolu xüsusilə önəmli idi. Biz qürur duyuruq ki, bu illər ərzində Gürcüstanın diplomatik korpusu və Xarici İşlər Nazirliyi milli maraqlara prinsipial və qürurla xidmət edib. Hər bir səfirə və nazirlik əməkdaşına bunun üçün xüsusi təşəkkürümü bildirirəm", – deyə Kobaxidze qeyd edib.
Gülşən Şərif
Bakı 



