• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Köhnə avtobusların aqibəti necə olacaq? - VİDEO

GÜNDƏM

15 Aprel 2024 | 09:11

Köhnə avtobusların aqibəti necə olacaq? - VİDEO

Yaxın gələcəkdə Bakıda köhnə avtomobillərin taksi kimi fəaliyyətinə icazə verilməyəcək. Bəs köhnə avtobuslarla bağlı vəziyyət necə olacaq? Tutumu az, oturacaqları sınıq-sökük, kondisioneri yox... Söhbət Bakı, Bakıətrafı kənd və qəsəbələrə işləyən köhnə avtobuslardan gedir.

Bakıvaxtı.az Xezerxeber.az-a istinadən xəbər verir ki, belə avtobusların bəziləri istismara məhdud yararlıdır, çoxunun isə artıq istismar müddətini başa vurmaqda olduğu bildirilir. Bu avtobusları idarə edən sürücülər heç özləri də neçənci ilin nəqliyyat vasitəsini idarə etdiklərini bilmirlər.

Paytaxt sakinləri də köhnə avtobusların yeniləri ilə əvəzlənməsini istəyirlər. Bəzi sərnişinlər ümumiyyətlə, belə avtobuslara minmədiklərini deyir.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev qeyd edib ki, marşrut avtobusları ilə bağlı bölgələrdə vəziyyət ümumiyyətlə qaneedici deyil.

Ekspertin sözlərinə görə, taksilərə tətbiq olunan yeni qaydaları avtobuslara da tətbiq etmək lazımdır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR