Kolumbiyada əsgərlər pusquya düşüb.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, hadisə nəticəsində 6 ordu əməkdaşı həlak olub, 5-i isə silahlı qruplar tərəfindən qaçırılıb.
Hücumun keçmiş FARC qruplaşmasının bir qoluna aid "Comandante Jorge Suarez Briceno" bloku tərəfindən həyata keçirildiyi iddia edilir. Qaçırılan əsgərlərin daha sonra kəndlilər vasitəsilə azad edildiyi bildirilib. Prezident Qustavo Petro hadisənin dərhal araşdırılması tapşırığını verib.
Nuriyyə Musayeva