• Bakı 20° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Koronavirus: Daha çox hansı ştama yoluxuruq?

CƏMİYYƏT

24 Yanvar 2023 | 17:03

Koronavirus: Daha çox hansı ştama yoluxuruq?

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.

Bakıvaxtı.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 7 nəfəri vəfat edib.

Bəs son günlər yoluxanlar daha çox koronavirusun hansı ştamına yoluxur?

İnfeksionist Sadiqə Əliyeva Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, virusa yoluxanların sayı artıb, lakin yoluxmanın sırf hansı ştama aid olmasını laboratoriya analizi olmadan demək mümkün deyil: “Onu da qeyd edim ki, indi yoluxulan təkcə koronavirus deyil. Kəskin respirator virusları, o cümlədən, qrip də var”.

S.Əliyeva deyir ki, buna görə də yoluxma sayının artımını təkcə koronavirusla əlaqələndirmək doğru olmazdı.

Aytac Aslan


SON XƏBƏRLƏR