• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Küçə ticarəti ilə məşğul olanlar cərimələndi

CƏMİYYƏT

14 Noyabr 2022 | 09:10

Küçə ticarəti ilə məşğul olanlar cərimələndi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə növbəti nəzarət-profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb və müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyini onların diqqətinə çatdırıblar.

Ümumilikdə qanunsuz küçə ticarəti ilə məşğul olan 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.


Küçə ticarəti ilə məşğul olanlar cərimələndiKüçə ticarəti ilə məşğul olanlar cərimələndiKüçə ticarəti ilə məşğul olanlar cərimələndiKüçə ticarəti ilə məşğul olanlar cərimələndi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026