• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Avtomobil 200 metrdən aşdı - ata və oğul ağır xəsarət aldı

HADİSƏ

09 Oktyabr 2022 | 16:56 | Müəllif: Subhan Mahmudov

Avtomobil 200 metrdən aşdı - ata və oğul ağır xəsarət aldı

Lənkəranın Osaküçə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ata və oğlu xəsarət alıblar.

Bakıvaxtı.az-ın məlumatına görə, 1969-cu il təvəllüdlü, Lənkəran rayonu, Günəhir kənd sakini Malik Qubad oğlu Əliyevin idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq 200 metr hündürlükdən dərəyə aşıb.

Nəticədə sürücü və oğlu 1996-cı il təvəllüdlü Ehtiram Malik oğlu Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sakinlərin köməyi ilə xilas edilən yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Qeyd edək ki, xəsarət alan ata və oğulun hər ikisi kənd məktəbinin müəllimləridir.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026