• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Magistraturaya boş qalan plan yerlərə əlavə yerləşdirməyə start verilir

CƏMİYYƏT

25 Avqust 2023 | 19:47

Magistraturaya boş qalan plan yerlərə əlavə yerləşdirməyə start verilir

Avqustun 28-i saat 11:00-da ali təhsil pilləsinin magistratura səviyyəsinə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesinə start veriləcək.

Bu abrədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Müraciətçilər https://portal.edu.az/ vasitəsilə qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 4 sentyabr saat 18:00-da yekunlaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026