• Bakı 24° C

    5.8 m/s

"Mançester Siti" 1/8 finalda

İDMAN

08 Fevral 2025 | 20:33 | Müəllif: Subhan Mahmudov

"Mançester Siti" 1/8 finalda

İngiltərə Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, "Mançester Siti" səfərdə "Leyton Orient" ilə qarşılaşıb. 

Matçda ilk qol London klubunun hesabına yazılsa da, "şəhərlilər" ikinci hissədə ardıcıl qollarla hesabda önə çıxıblar.

Özbək futbolçu Xusanov komandada qol hesabını açıb, De Brüyne isə qələbə topunun müəllifi olub - 1:2.

Beləliklə də, Qvardiolanın yetirmələri adlarını 1/8 finala yazdırıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026