• Bakı 18° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Masallı sakinlərindən 6 ədəd qanunsuz ov silahı götürüldü

CƏMİYYƏT

04 Dekabr 2023 | 18:18 | Müəllif: Subhan Mahmudov

Masallı sakinlərindən 6 ədəd qanunsuz ov silahı götürüldü

Masallı sakinlərindən 6 ədəd qanunsuz ov silahı götürülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbirlər nəticəsində daha 6 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026