• Bakı 22° C

    5.67 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Mavritaniya sahilində miqrant qayığı batdı: 15 nəfər öldü

DÜNYA

25 Iyul 2024 | 00:18 | Müəllif: Subhan Mahmudov

Mavritaniya sahilində miqrant qayığı batdı: 15 nəfər öldü

Mavritaniya sahillərində afrikalı miqrantları daşıyan qayığın batması nəticəsində azı 15 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatında deyilir.

Məlumata görə, iyulun 15-də Qambiya sahillərində 300-ə yaxın insanın mindiyi qayıq 7 gün Atlantik okeanının sularında üzdükdən sonra iyulun 22-də Mavritaniyanın paytaxtı Nuakşot yaxınlığında tarazlığını itirərək çevrilib.

“15 nəfərin öldüyü təsdiqlənib. Mavritaniya sahil mühafizəsi 120 nəfəri xilas edib. Digərlərinin axtarışı davam etdirilir. Sağ qalanlardan 10 nəfər təcili surətdə tibbi yardım üçün xəstəxanalara göndərilib”, - BMqT-dən bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026