Aprelin 12-də Minskdə MDB ölkələrinin Xarici İşlər Nazirləri (XİN) Şurasının iclası keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
“Aprelin 12-də Minskdə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək. Regional və beynəlxalq gündəliyin cari aspektləri, MDB çərçivəsində qarşılıqlı fəaliyyətin vəziyyəti və perspektivlərinin müzakirəsi planlaşdırılır”, - o bildirib.
Onun sözlərinə görə, iclasda siyasi, mədəni-humanitar, turizm və idman sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönəlmiş bir sıra qərarların qəbulu planlaşdırılır.
Bundan başqa, birgə bəyanatların qəbul ediləcəyi də gözlənilir.












jpg-1715161568.webp)



