• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Məcburi köçkünlərə verilən bina qəzalı vəziyyətdədir? - AÇIQLAMA 

GÜNDƏM

03 Noyabr 2021 | 14:43

Məcburi köçkünlərə verilən bina qəzalı vəziyyətdədir? - AÇIQLAMA

Sakinlər Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-1” yaşayış kompleksinin 8-ci binasının qəzalı vəziyyətdə olduğunu bildirir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən Bakıvaxtı.az-ın sorğusuna verilən cavabda bildirilib ki, Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi və yaşayış kompleksinin podratçısı “Kristal Abşeron” şirkətinin nümayəndələri birlikdə binaya baxış keçirib.

“Binanın texniki cəhətdən yararlılığının yoxlanması ilə bağlı müvafiq işlər və araşdırma aparılır.  Zirzəmidə yeni qapıların açılmasının bünövrəyə mənfi təsir göstərməsi ilə bağlı səsləndirilən fikirlər əsassızdır.

Aidiyyəti qurumlar tərəfindən aparılan araşdırmanın nəticəsinə uyğun əlavə məlumat veriləcək”, - deyə komitədən bildirilib.  

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026