• Bakı 28° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Mediatorlar bunun üçün sertifikat almalı olacaqlar

CƏMİYYƏT

22 Aprel 2025 | 13:02

Mediatorlar bunun üçün sertifikat almalı olacaqlar

Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya prosesini aparmaq üçün mediatorlar təlimdən keçmələri barədə müvafiq sertifikata malik olmalıdırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mediasiya haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bundan əlavə, təklif edilən dəyişikliyə əsasən, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya prosesini aparmaq üçün mediatorlar təlimdən keçmələri barədə müvafiq sertifikata malik olmalıdırlar.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026