• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Məktəblərdə pul yığmaq könüllü ola bilər”- nazirin çıxışı o mənada idi ki...

CƏMİYYƏT

21 Dekabr 2021 | 15:50 | Müəllif: Qalib İbrahimoğlu

“Məktəblərdə pul yığmaq könüllü ola bilər”- nazirin çıxışı o mənada idi ki...

Təhsil naziri Emin Əmrullayevin bu gün keçirdiyi brifinqdə “Məktəblərdə pul yığmaq könüllü ola bilər” sözləri cəmiyyət arasında geniş müzakirəyə səbəb olub. Əksəriyyət nazirin dediklərini yalnış anlayaraq onun pul yığımını dəstəklədiyini düşünür.

Təhsil eksperti Elşən Qafarovun Bakıvaxtı.az-a dediyinə görə, nazirin çıxışı o mənada idi ki, məktəblərdə fəaliyyət göstərən Valideyn-Müəllim Assosiasiyası Təhsil Nazirliyinə tabe qurum deyil, qeyri-hökumət təşkilatıdır: “Valideynlər də bu assosiasiyaya könüllü şəkildə üzv olurlar. Nazir orada çox açıq şəkildə qeyd etdi ki, bu məsələdə müəyyən problemlər var. Qaydalar, demək olar, yoxdur. Olanlar da şəffaf olmalıdır”.

Ekspert vurğulayıb ki, istənilən halda, təhsil müəssisəsində məktəb adı ilə hər hansı vəsaitin toplanması yolverilməzdir: “Ona görə də, məktəblərdə Valideyn-Müəllim Assosiasiyasına üzvlük adı ilə müəyyən vəsaitlərin toplanması valideynlərin könüllülük prinsipi ilədir. Valideyn istəmirsə, bu assosiasiyaya üzv olmaya bilər”.

E.Qafarovun sözlərinə görə, Valideyn-Müəllim Assosiasiyası ölkədə olan müəllimlərin cəmi 2%-ni əhatə edir: “Valideyn bura könüllü üzv olduğu üçün üzvlük haqqını da nağdsız ödəməlidir. Amma real vəziyyət budur ki, bizdə nağdsız hesablaşmalar haqqında qanun pozulur, pullar nağd şəkildə toplanılır. Bir neçə gün bundan öncə məktəb direktorunun səsi yayıldı. Ordan göründü ki, Valideyn-Müəllim Assosiasiyasına üzvlük haqqı dediyimiz pulları, bir çox hallarda, məktəb direktorları və işçiləri toplayır. Bu da yolverilməzdir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026