• Bakı 22° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Məktəblilər gün ərzində internetdə neçə saat vaxt keçirir?

CƏMİYYƏT

19 Oktyabr 2022 | 10:22 | Müəllif: Qalib İbrahimoğlu

Məktəblilər gün ərzində internetdə neçə saat vaxt keçirir?

"Sosial Tədqiqatlar Mərkəzi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş “Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu” tədqiqat layihəsində uşaq hüquqlarının təminatı və böyüməkdə olan gənc nəslin inkişafı ilə bağlı genişmiqyaslı məsələlər əhatə olunub”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib.

O qeyd edib ki, sorğunun nəticələrinə görə, məktəbli respondentlərin 93,5%-i internetdən istifadə edir. Onların 10,1%-i gün ərzində 5 saatdan çox internetdə vaxt keçirir. “Ailə ilə münasibətlər” bölməsində valideynlərin uşaqlar üzərindəki təsirlərinə dair sosioloji tədqiqat aparılıb. Burada uşaqlara ailədə verilən tərbiyədən, onlara qarşı davranışlardan, diskriminasiyalardan bəhs edilir. Sorğu vasitəsilə ailə daxilində ünsiyyət formaları, ailə üzvləri ilə psixoloji yaxınlıq və sair bu kimi sosioloji məqamlar təhlil edilib. “Tədris” bölməsində şagirdlərin səriştələrə yönəlik təhsil mühitinin yaradılması, məktəbə bağlılıq, təlim prosesinə uyğunlaşma, psixoloji-sosioloji adaptasiya məsələləri tədqiq edilib. Burada orta məktəblərdə psixoloji işin təşkilində valideyn-müəllim münasibətlərinin təşkili də 6 yer alıb. Eyni zamanda COVID-19 pandemiyasının yaratdığı gerçəkliklər ölkədə tədris sistemində distant təhsillə bağlı yeni baxış formalaşdırıb. Tədqiqatın bu bölməsində distant təhsil dövründə uşaqların onlayn təhsilə əlaçatanlığı, yaranmış problemlər araşdırılıb. Sorğuya görə, respondentlərin 46.9%-i karantin dövründə bütün onlayn dərslərdə iştirak etdiyini, 19.9%-i gündə bir neçə dərsdə iştirak etdiyini, 8.7%-i həftədə bir neçə dəfə iştirak etdiyini, 8.8%-i nadir hallarda iştirak etdiyini bildirib. “Uşaq əməyi” bölməsində beynəlxalq təşkilatları da narahat edən uşaq əməyinin istismarından bəhs edilir. Aparılan tədqiqat çərçivəsində Azərbaycanda uşaq əməyinin vəziyyəti təhlil edilib. Eyni zamanda ölkədə əməyə cəlb edilən uşaqların klassifikasiyası müəyyən edilib. Sorğuda iştirak edən məktəblilərin 3,6%-i müxtəlif sahələrdə işlədiyini bildirib”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026