• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Mən müəllimləri başa düşə bilmirəm, belə gələcək qura bilmərik! - AÇIQLAMA

CƏMİYYƏT

02 Noyabr 2021 | 15:29

Mən müəllimləri başa düşə bilmirəm, belə gələcək qura bilmərik! - AÇIQLAMA

Son zamanlar çox qəribə səslənsə də, əhalinin ən böyük istəklərindən biri yenidən onlayn təhsilə qayıtmaqdır. İki ay əvvələ qədər hər kəs əyani təhsilin bərpa olunması üçün çalışsa da, indi vəziyyət dəyişib.

Bəs cəmiyyətdə olan bu etirazların səbəbi nədir?

Mövzu ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Lalə Mehralı Bakıvaxtı.az-a danışıb:

Son zamanlar bu problemlə çox rastlaşıram. Çox vaxt da təhsil işçiləri, müəllimlər etiraz edir.  Hamısı onlayn sistemə qayıtmağı tələb edirlər. Mən onları başa düşə bilmirəm, axı onlar təhsilin döyüşçüləridir. Onlar mübariz olmalı, təhsili əvvəlki səviyyəyə qaldırmaq təşəbbüs göstərməli, əlavə dərslər, çıxış yolları təklif etməlidirlər. Biz il yarım pandemiyaya görə onlayn sistemdə vaxt itirdik. Yaxşı bilirik ki, onlayn sistemdə təhsil keyfiyyətli olmadı. Digər sahələrdə onlayn qaydalarda nisbətən iş görmək olur, amma təhsil elə bir sahədir ki, burda təhsil əyani olmalıdır. Əgər təhsildə keyfiyyətdən danışırıqsa, gündəlik əyani təhsili qəbullanmalıyıq. İnsanlar onlayn sistemin rahatlığına öyrəşdikləri üçün bunu tələb edirlər. Mən başa düşürəm, hər kəs evində oturub yol xərci çəkmədən gəlirini evinin içində saxlamağın tərəfdarıdır. Bunun bir səbəbi bu ola bilər. Digər səbəbi yollardakı bərbad vəziyyət ola bilər. İctimai nəqliyyatda vəziyyət ürəkaçan deyil. Kobud səslənsə də, insanlar bir-birinin ağzının içində nəfəs-nəfəsə səyahət edir, işə gedib-gəlir. Karona bu cür ayaq alıb yeriyir. Biz buna çıxış yolu tapmalıyıq, insanlar buna etiraz etməlidir. Bizim çıxış yolumuz bu problemləri həll etməkdir, onlayn həyata qayıtmaq yox. Başqa sahələrdə bu əlverişli ola bilər, ancaq sırf uşaqlarımızın gələcəyi baxımından götürsək, bu sistem bizə heç nə qazandırmayacaq. Biz ünsiyyəti, bir-birimizlə sosiallaşmağı itirir, virtual həyatdan asılı qalırıq. İnsanlar artıq bir-birinin evinə qonaq getmir, ünsiyyət saxlamırlar. Hər kəs internet üzərindən əlaqə saxlayır. Bütün bunları nəzərə alaraq, sirkələnərək düşünmək lazımdır ki, biz belə bir gələcək qura, adət-ənənənələrimizi itirə bilmərik. Ona görə də, hamı əlindən gələni etməlidir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR