• Bakı 11° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Məşhur futbolçu PSV-nin baş məşqçisi oldu

İDMAN

30 Mart 2022 | 22:33 | Müəllif: Subhan Mahmudov

Məşhur futbolçu PSV-nin baş məşqçisi oldu

PSV-nin baş məşqçisi postuna Niderland millisinin sabiq futbolçusu Rud van Nistelroy təyin olunub.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Bildirilib ki, 46 yaşlı mütəxəssislə Eyndhoven təmsilçisi arasında 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

Eks-hücumçu cari mövsüm başa çatdıqdan sonra komandanın sükanı arxasında Roger Şmitdi əvəzləyəcək.

Qeyd edək ki, Nistelroy 2016-cı ildən PSV-də çalışır. O, həmçinin Niderland yığmasında baş məşqçinin köməkçisi olub. Futbolçu karyerası ərzində hücumçu PSV, “Mançester Yunayted”, “Real Madrid” kimi klublarda çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026