• Bakı 23° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Məşhur polis polkovniki vəfat etdi - FOTO 

CƏMİYYƏT

27 May 2025 | 16:45

Məşhur polis polkovniki vəfat etdi - FOTO 

Uzun illər Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qeydiyyat-imtahan və texniki baxış şöbəsində işləmiş Mübariz Əhədov vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a onun yaxınları məlumat veriblər.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra mayın 26-da 59 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mübariz Ağamirzə oğlu Əhədov 1966-cı il mayın 25-də Sumqayıt şəhərində anadan olub.

O, uzun müddət BDYPİ-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsində işləyib. Polis polkovniki rütbəsinə qədər yüksələn M.Əhədov sonuncu dəfə Lənkəran şəhərində 5 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsində çalışıb və 2021-ci ildə təqaüdə göndərilib.

Xatırladaq ki, Mübariz Əhədov 2016-cı ildə dünyasını dəyişmiş xeyriyyəçi iş adamı, Sumqayıtdakı məşhur "Karvan" ticarət mərkəzinin sahibi olmuş Ağamirzə Əhədovun oğlu idi.


SON XƏBƏRLƏR

16 Iyun 2025