• Bakı 27° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Messi "Barselona"ya bu baş məşqçini məsləhət gördü

İDMAN

29 Yanvar 2024 | 21:33 | Müəllif: Subhan Mahmudov

Messi "Barselona"ya bu baş məşqçini məsləhət gördü

"Barselona"nı çalışdırmağa daha bir namizədin kimliyinə aydınlıq gəlib. 

Bakıvaxtı.az xəbər verir ki, Xavi Ernandes getdikdən sonra kataloniyalıların baş məşqçi postunu Argentina millisinin hazırkı çalışdırıcısı Lionel Skaloni tuta bilər. 

İnformasiyanı "Todofichajes" yayıb. Mənbənin iddiasına görə, 45 yaşlı çalışdırıcını "Barselona" rəhbərliyinə şəxsən İspaniya nəhənginin sabiq ulduzu Lionel Messi tövsiyə edib. Messi bildirib ki, Skalonun gəlişi argentinalı futbolçuların komandaya transferini asanlaşdıracaq. 

Lionelin Argentina millisi ilə müqaviləsinin müddəti 2026-cı ilə qədərdir. Bununla belə, o, bu yay keçiriləcək Amerika Kubokundan sonra milli komandanı tərk etmək niyyətindədir./fanat.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026