• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə başlayır

CƏMİYYƏT

20 Fevral 2024 | 15:51

Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə başlayır

"SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    İş araşdırılıması üçün hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.

    Məhkəmənin hazırlıq iclası fevralın 26-na təyin edilib.

    Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov İranın Qum şəhərində və Suriyada dini təhsil alıb.

    O, ötən il yanvarın 30-da həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb.

    Ona qarşı vergidən yayınmaqda, qaçaqmalçılıqda, narkotik vasitələrin dövriyyəsində və digər bu kimi cinayətlərlə bağlı ittiham verilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026