• Bakı 18° C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Millinin oyunu monteneqrolu hakimlərə həvalə olundu

İDMAN

11 Noyabr 2025 | 13:42

Millinin oyunu monteneqrolu hakimlərə həvalə olundu

Azərbaycan və İslandiya yığma komandaları arasında keçiriləcək DÇ-2026-nın seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb.

Bakıvaxtı.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç Monteneqrodan olan hakimlər briqadasına həvalə olunub.

Görüşün baş hakimi Nikola Dabanoviç olacaq. FIFA referisinə Vladan Todoroviç və Srdan Yovanoviç kömək göstərəcək. Dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirəcək.

VAR-da serbiyalı Momçilo Markoviç, AVAR-da isə onun həmyerlisi Aleksandar Jivkoviç olacaq.

Qeyd edək ki, Azərbaycan - İslandiya oyunu noyabrın 13-də 8-ci km stadionunda ("Palm Sports Arena") keçiriləcək.


SON XƏBƏRLƏR

10 Noyabr 2025