• Bakı 22° C

    12.05 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Misir Mərdanov: "Bizdə repetitorluq həddini aşıb" - MÜSAHİBƏ

MÜSAHİBƏ

22 Iyun 2026 | 11:04

Misir Mərdanov: Bizdə repetitorluq həddini aşıb - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi tərəfindən “QS dünya universitetləri reytinqi”nin nəticələri açıqlanıb. Nəticələrə əsasən, ölkə tarixində ilk dəfə 3 universitetimiz sözügedən reytinqin TOP 800-lüyündə yer alıb.

Eyni zamanda TOP 1000-də təmsil olunan universitetlərimizin sayı 6-dan 7-yə yüksəlib. Ümumilikdə isə reytinqdə yer alan Azərbaycan universitetlərinin sayı 10-a çatıb.

Bakıvaxtı.az ali təhsil müəssisəslərinin məlum nəticələri və ümumilikdə ölkə təhsil sistemindəki yeniliklər, problemlər barədə keçmiş təhsil naziri Misir Mərdanovla söhbətləşdik.

Müsahibəni təqdim edirik:

10 universitemizin beynəlxalq reytinq cədvəlində irəliləməsi yaxşı haldır

- Misir müəllim, Elm və Təhsil Nazirliyi “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi tərəfindən “QS dünya universitetləri reytinqi”nin nəticələri açıqlanıb. Nəticələrə əsasən, ölkə tarixində ilk dəfə 3 universitetimiz sözügedən reytinqin TOP 800-lüyündə yer alıb. Bu nəticəni təhsilimizin tərəqqisi kimi qiymətləndirmək olarmı?

- Bu reytinq agentliyinin keyfiyyyəti ilə bağlı bir söz deyə bilmərəm, çünki o işin içində deyiləm. Bunu kim qiymətləndirir? Hansı meyarları əsas götürüb dəyərləndirirlər? Bunları bilmirəm. Hər halda Azərbaycanın 10 universitetinin həmin siyahıya düşməsini müsbət qiymətləndirirəm.

Əvvəllər belə uğurlar yox idi, amma indi var. İndiki dövrdə ölkəmizdə fəaliyyət göstərən 10 universitetin beynəlxalq reytinq cədvəlində irəliləməsi yaxşı haldır.

- Son zamanlar Azərbaycan təhsil sistemində ciddi islahat mesajları verilir, konkret olaraq, orta məktəblərdə təhsilin, tədrisin keyfiyyətinə birbaşa mənfi təsir göstərən  repetitorluğun ləğvi istiqamətində eynəksiz görünən çabalar var. Sizcə, bu, mümkün olacaqmı?

- Repetitorluğun qarşısının tam alınmasına inanmıram, çünki bu, dünyanın hər yerində var, sadəcə bizdə həddini aşıb.

- Bunun üçün nə kimi əməli addımlar atılmalıdır?

- Ola bilər ki, ali məktəblərə qəbulda test imtahanları ilə bağlı müəyyən tədbirlər həyata keçirilsə, repetitorluq azala bilər. Repetitorluğun əsas səbəbi test imtahanlarıdır. Bu testlərə dair məktəblərdə dərslər keçilmir, heç ali təhsil ocaqlarında da belə məsələ yoxdur. Hər il də qəbul suallarını çətinləşdirirlər, insanlar da məcbur qalıb, repetitor yanına gedib, hazırlaşırlar. Başqa yol görmürlər.

Tet-a-tet imtahanlar olsa, işlər daha yaxşı olar

- Test imtahanlarını ləğv edib, abituriyenləri üzbəüz imtahanlara çəksələr, bu, effekt verərmi?

- Dünya dəyişib, 30-40 il əvvəlki vəziyyətlə indiki durum müqayisəolunmaz dərəcədə fərqlidir. İndi sosial şbəkələr mövcuddur, hər kəsin əlində bir telefon var. O vaxt yol verilən qeyri-şəffaf hərəkətləri indi etmək olmaz.

Mənə elə gəlir ki, tet-a-tet imtahanlar olsa, işlər daha yaxşı olar. Çünki test imtahanlarının da nəticəsini gördük. 30 ildir, test imtahanları ilə qəbul prosesi aparılır, amma bu 30 ildə Azərbaycandan dünyada tanınmış bir alim ortalığa çıxmayıb. Bunun əsas səbəbkarı testdir, çünki camaat əzbərçiliklə məşğuldur. Mənə belə gəlir ki, köhnə sistem olmasa da, dünyada formlaşmış və özünü təsdiq etmiş sistemə keçid gözləniləndir.

- Dünyada qəbul prosesi zamanı daha çox iki fəndən-riyaziyyat və ana dilindən  imtahanlar götürürlər...

- Bizdə isə 30 ildir, camaat 5 fəndən imtahan verir, özü də necə. Bizdə də çox yerdə olduğu kimi riyaziyyat və ana dilindən imtahanlar olmalıdır.

- Avropada hətta imtahansız qəbul olunurlar...

- Tamamilə doğrudur, abituriyentlər orta məktəbi, liseyi bitirirlər, istəkləri sahə üzrə ixtisas seçirlər, ali məktəbə qəbul olunurlar, orada da bir-iki il oxuyurlar, ümumi ali təhsil alırlar, sonra imtahan götürüb müəyyən edirlər ki, bu adam bu ixtisasda oxuya bilər, ya bilməz. Qərar verilsə ki, bəli, həmin tələbə bu ixtisasda oxuya bilər, onda götürürlər, bilməzsə, deyirlər ki, get işinlə məşğul ol.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyun 2026