• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Mobil telefonların qeydiyyat rüsumu ləğv edilməyib, sadəcə..."

İQTİSADİYYAT

25 May 2022 | 09:19 | Müəllif: Qalib İbrahimoğlu

"Mobil telefonların qeydiyyat rüsumu ləğv edilməyib, sadəcə..."

"Mobil telefonların qeydiyyat rüsumu ləğv edilməyib".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunu prezidenti Osman Gündüz mobil telefonların qeydiyyat rüsumunun ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sadəcə, artıq xeyli müddətdir ki, bu məsələ qanunla tənzimlənir: "Bu baxımdan Nazirlər Kabinetinin bu sahəni tənzimləyən qərarı ləğv edilib. Ləğv olunan qərarda telefonun modelindən asılı olaraq müəyyən olunan rüsumlar indi "Dövlət rüsumu haqqında" qanunda öz əksini tapıb".

O.Gündüz deyib ki, əvvəllər mobil telefonların qeydiyyat rüsumundan əldə olunan vəsaitin 30%-i Prezident Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nazirliyin mobil cihazların qeydiyyatı sistemini saxlamaq üçün istifadə edilirdi: "Bu məsələni tənzimləyən sənədlərin bir hissəsi də adı çəkilən qanunun qəbulundan sonra ləğv edilib".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR