• Bakı 17° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Moskvada müharibəyə etiraz edən UŞAQLAR SAXLANILDI 

DÜNYA

02 Mart 2022 | 12:35 | Müəllif: Qalib İbrahimoğlu

Moskvada müharibəyə etiraz edən UŞAQLAR SAXLANILDI

Moskvada Ukraynada müharibəyə etiraz edən uşaqlar (7-11 yaş arası) saxlanılıb.

Bakıvaxtı.az bu barədə Unian-a istinadən xəbər verir.

Məlumata görə, uşaqlar Ukrayna səfirliyinin yaxınlığında saxlanılıblar. Onların əllərində “Müharibəyə yox” yazısı olan plakatlar olub.

Uşaqlar və onların valideynləri polis bölməsinə aparılıblar.

"Valideynlərin telefonları götürülüb, artıq əlaqə yoxdur, onlar valideynlərin üstünə qışqırır, onları valideynlik hüquqlarından məhrum etməklə hədələyirlər", - deyə şahidlər qeyd ediblər.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026