• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

MSK-nın Media Mərkəzi fəaliyyətə başladı

CƏMİYYƏT

15 Yanvar 2024 | 09:53

MSK-nın Media Mərkəzi fəaliyyətə başladı

Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki - 2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, mərkəzin məqsədi 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri, onun ayrı-ayrı mərhələləri, səsvermə prosesi, seçki institutlarının, müşahidə missiyalarının, ekzitpol (exit-poll) keçirən təşkilatların fəaliyyəti haqqında dolğun məlumatları Azərbaycan ictimaiyyətinə, yerli və xarici mediaya operativ şəkildə çatdırmaqdır.

Mərkəzin "www.secki-2024.az" saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

Saytda seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatları yerləşdirilir. Eyni zamanda, seçkilərlə bağlı foto və videomateriallar təqdim edilir.

Mərkəzin həm feysbuk səhifəsi, həm də teleqram kanalı aktiv fəaliyyət göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026