• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

MSK sədrinə qara boya atan müxalifətçi cərimələndi

DÜNYA

21 Noyabr 2024 | 00:36 | Müəllif: Subhan Mahmudov

MSK sədrinə qara boya atan müxalifətçi cərimələndi

Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəhbəri Giorgi Kalandarişviliyə qara boya atan müxalifətçi 500 lari (180 dollar) məbləğində cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının “Birlik - Milli Hərəkat” koalisiyasından olan üzvü David Kirtadze qəsdən sağlamlığa zərər vurmaqda təqsirli bilinib. Cərimədən əlavə, o, dörd il müddətinə Mərkəzi Seçki Komissiyasının üzvlüyündən də məhrum edilib.

Kirtadze noyabrın 16-da Rusiyayönlü hakim Gürcü Arzusu partiyasının parlament seçkilərində səslərin 54%-ni qazandığını elan etdikdən sonra Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişviliyə boya atıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026