• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib" - Emin Əmrullayev

CƏMİYYƏT

29 Sentyabr 2021 | 22:19 | Müəllif: Subhan Mahmudov

"Müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib" - Emin Əmrullayev

“Biz hesab edirik ki, oktyabrın əvvəlinə qədər 4 milyon insan hər iki dozada vaksinasiya olunacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib:

"Vaksinasiyadan keçən hər bir təhsil işçisinə təşəkkür edirəm. Artıq müəllimlərimizin 90 faizindən çoxu bu prosesə qatılıb. Digərləri ya immunitet, ya da əks-göstəriş sertifikatı olduqlarına görə hələ ki vaksinasiyadan keçə bilməyib və yaxud keçmələri mümkün deyil. Az qisim müəllimlə maarifləndirmə işlərimiz davam edir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026