• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Müəllimlərin növbəti vakansiya seçiminə başlanılır - Bu tarixdən...

CƏMİYYƏT

04 Sentyabr 2023 | 17:32

Müəllimlərin növbəti vakansiya seçiminə başlanılır - Bu tarixdən...

Sabah, sentyabrın 5-i saat 12:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər 7 sentyabr saat 12:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Nəzərinizə çatdırırıq ki, təkrar sertifikatlaşdırmadan keçməyərək əmək müqaviləsi ləğv olunan müəllimlər bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplamış şəxslərlə əvəz olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026