• Bakı 10° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Müğənnini öldürən musiqiçinin cəzası azaldıldı

HADİSƏ

06 Noyabr 2024 | 11:53

Müğənnini öldürən musiqiçinin cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəsul Ağazadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bakıvaxtı.az "pravda.az"a istinadən xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 Qərara əsasən, şikayət təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 16 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib, ona cəzası 15 il 6 aya endirilib. 

Cinayət hadisəsi ötən ilin aprelində Bakının Nərimanov rayonunda, zərərçəkmiş şəxsin yaşadığı evdə baş verib. Məhkəmədə cinayətin tamah niyyəti ilə törədildiyi məlum olub. Rəsul Ağazadə Namik İsrafilovu qətlə yetirdikdən sonra ona məxsus iki ədəd mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıb. Təqsirləndirilən şəxs daha sonra bu telefonlardan birini 60 manata satıb və pulu şəxsi ehtiyaclarına sərf edib. Namik İsrafilov məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, musiqi ilə məşğul olub, zərərçəkmiş Namik İsrafilov da müğənni imiş, ”Youtube”da mahnıları var.

 Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi kimi qardaşı Nurlan İsrafilov çıxış edib. O, qardaşının öldürülməsi ilə bağlı heç kimdən şikayəti və tələbi olmadığını bildirib.


SON XƏBƏRLƏR

26 Dekabr 2024